"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az saytı klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda on birinci günü tək məşqlə tamamlayıb. Hazırlıq yerli vaxtla saat 17:30-da start götürüb və 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçular fiziki çalışmalarla davam edib. Hazırlıq toplu çalışmalarla yekunlaşıb.
Qeyd edək ki, komanda sabah ikinci yoxlama oyununda Polşanın "Lexiya" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
saytlarin hazirlanmasi