"Qarabağ" Polşa klubu ilə heç-heçə etdi

20:23 - 20 Yanvar 2018

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Qarabağ" bu gün toplanış çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, "köhlən atlar" Polşanın "Lexiya" (Qdansk) klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib. 
 
Yoxlama oyunu
20 yanvar
 
18:30 "Qarabağ" - "Lexiya" 1:1

QOLLAR: Dani Kintana, 58 - Flavio Paixao, 86

Xəbər xətti