Qurban Qurbanov: "Futbolçulardan və oyundan razı qaldım"

00:03 - 21 Yanvar 2018

"Maraqlı oyun alındı. Xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Polşanın "Lexiya" klubu ilə qarşılaşan "atlılar" 1:1 hesablı bərabərliklə razılışıb. 

 

Qarşılaşma haqda fikirlərini bildirən təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər, toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım".

 

Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib.

Xəbər xətti