"Qarabağ" yağışlı havada məşq keçdi

00:57 - 23 Yanvar 2018

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu geridə qalan günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb. Futbolçular fiziki tapşırıqları yerinə yetirib.

 

Günün ikinci məşqi yerli vaxtla saat 17:30-da start götürüb. Səhər məşqindən fərqli olaraq, futbolçular bu hazırlıqda toplu çalışmalara üstünlük verib. Güclü yağışın yağmasına baxmayaraq, məşq 90 dəqiqə davam edib.

Xəbər xətti