Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama matçı keçirəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi öncə Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın "Şkupi" klubu ilə qarşılaşacaq.
Qurban Qurbanovun komandası ikinci oyununu Bakı vaxtilə saat 18:30-da Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"a qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" ilk sınaq matçında "Kuban"la 2:2, digər oyunda "Lexiya" (Polşa) ilə 1:1 hesablı heç-heçə edib.
Yoxlama oyunları
16:00 "Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya)
Start heyət: Anton Kanibolotski, Elvin Yuniszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ramil Şeydayev
18:30 "Qarabağ" (Azərbaycan) - "Mariupol" (Ukrayna)
saytlarin hazirlanmasi