Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk oyunda Makedoniyanın “Şkupi” komandası ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə başa çatıb.
Ağdam təmsilçisi bu oyundan sonra - saat 18:30-da isə Ukraynanın “Mariupol” klubuyla qarşılaşıb. Beş qolun qeydə alındığı matçda təmsilçimiz ilk məğlubiyyətini alıb. Rəqib qapısından ilk topu Miçel keçiribsə, digəri avtoqol sayəsində gerçəkləşib.
Xatırladaq ki, “Qarabağ” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2 oyun keçirib. “Köhlən atlar” Türkiyədəki ilk oyununda Rusiya “Kuban”ıyla (2:2), daha sonra Polşanın “Lexiya” klubu ilə (1:1) “sülh bağlayıb”.
Yoxlama oyunları
25 yanvar
16:00 "Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya) 0:0
Qarabağ: Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev
18:30 "Qarabağ" (Azərbaycan) - "Mariupol" (Ukrayna) 2:3
Qarabağ: İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel, Pedro Enrike, Əfran İsmayılov
saytlarin hazirlanmasi