Aqolli: "Azərbaycan yığmasını yaxşı tanıyıram"

15:27 - 26 Yanvar 2018

"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. 

 

Sportal.az xəbər verir ki, o, Azərbaycan və Kosovo yığmalarının Millətlər Liqasında eyni qrupda yer alması haqda da fikirlərini bildirib. Aqolli "Qarabağ"ın futbolçularının belə qrupa düşdüklərinə görə sevindiklərini deyib:

 

"Baş məşqçi ilə ünsiyyətim olmadı. Çünki o, Millətlər Liqasının püşkatması üçün İsveçrədə idi. Futbolçular isə qrupa görə sevinirlər və xoşbəxtdirlər. Çünki onlar daha güclü rəqiblər gözləyirdilər. Mənim fikrimcə, balanslı bir qrupdur. Çox da fərqli olmayan komandalar var. Burada heç nəyi əvvəlcədən demək olmaz.

 

Azərbaycan yığmasını yaxşı tanıyıram. Çünki millinin əsas üzvlərinin çoxu “Qarabağ”da çıxış edir. İllərdir ki, onların oyunu və keyfiyyətlərini izləyirəm. Təkrar edirəm ki, hər şeyin ola biləcəyi bir qrupdur.

 

Azərbaycan, yoxsa Kosovonun güclü olduğunu demək çətindir. Yalnız ilk oyundan sonra danışmaq olar. Azərbaycanda təxminən 8 ildir ki, çıxış edirəm və bilirəm ki, bu yığma keyfiyyətli futbolçulara malikdir, artan qrafiklə inkişaf edir. Bundan başqa Kosovo millisində də Avropa meydanlarında çıxış edən oyunçular var. Bir sözlə, proqnoz vermək çətindir".

Xəbər xətti