"Qarabağ" legioneri ilə yolları ayırdı

13:55 - 28 Yanvar 2018

“Qarabağ”ın Olimpiakosdan icarəyə götürdüyü Tarik Elyunussi komandanı tərk edib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Norveç mətbuatı (“expressen.se”) yayıb. Məlumatda qeyd edilib ki, 29 yaşlı yarımmüdafiəçi “Olimpiakos”la müqaviləsinə xitam verilib. Mərakeş əsilli norveçli vinger İsveçin AİK klubuyla danışıqları müsbət tamamlayıb və tezliklə yeni komandasına qoşulacaq. 

 

Qeyd edək ki, Norveç millisinin üzvü olan Elyunussi "Qarabağ"da 8 oyun keçirib.

Xəbər xətti