Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ötən gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Sarayevo” klubuyla qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, “Sarayevo” ilə matç “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 5-ci oyunu olub. “Köhlən atlar” daha öncə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Mariupol” klublarıyla (2:3) qarşılaşmışdı.
Yoxlama oyunu
29 yanvar
"Qarabağ" - "Sarayevo" - 0:2
saytlarin hazirlanmasi