"Qarabağ" Riçard Almeydanın Türkiyənin "Bursaspor" komandası ilə razılığa gəldiyinə dair iddialara münasibət bildirib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun direktoru Emrah Çelikel "timsahlar"dan onlara heç bir rəsmi müraciətin gəlmədiyini söyləyib. Bununla yanaşı, Çelikel Almeydanın hazırkı müqaviləsinin mövsümün sonunadək nəzərdə tutulduğunu xatırladıb. O, təcrübəli yarımmüdafiəçinin digər klublardan təkliflər almasının normal olduğunu vurğulayıb.
"Doğan" agentliyi Riçard Almeydanın "Bursaspor"un təklifini müsbət cavablandırdığını və hazırda iki klub arasında danışıqların getdiyini yazıb. (Report.az)
saytlarin hazirlanmasi