Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qarabağ” qonşu ölkədə sonuncu yoxlama oyununa çıxacaq.
Sportal.az saytı klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabah Monteneqro təmsilçisi “Mladost”la qarşılaşacaq. Matç Bakı vaxtıyla saat 19:30-da start götürəcək.
Veselin Steşeviçin rəhbərlik etdiyi “Mladost” hazırda yerli çempionatda 24 xalla 4-cü pillədə qərarlaşıb.
Bu, “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 6-cı yoxlama oyunu olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk beş görüşdə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0), Ukraynanın “Mariupol” (2:3) və Bosniya və Herseqovinanın “Sarayevo” klublarıyla (0:2) qarşılaşmışdı.
saytlarin hazirlanmasi