Antlayada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Monteneqronun yüksək liqasında çıxış edən "Mladost” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Antalya toplanışı zamanıı "Kuban"la 2:2, "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Hersoqovoina) 0:2 hesabı ilə uduzub.
3 fevral
Yoxlama oyunu
19:30 "Qarabağ" - "Mladost"