Ukraynan "Şaxtyor” klubu Çempionlar Liqasında 2017/2018 mövsümünün ikinci yarısı üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Sportal.az xəbər verir ki, Donetsk klubu yeni transferlərdən olan "Qəbələ”nin sabiq hücumçusu Ruslan Fomini də adını ÇL-in oyunları üçün sifariş ərizəsinə daxil edib. Bundan başqa, müdafiəçi Dodo və yarımmüdafiəçi Vyaçeslav Tankovskinin də adları siyahıya əlavə olunub.
Qeyd edək ki, Ruslan Fomin "Qəbələ"də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. O, Ukraynanın "Mariupol" klububunu bu ay "Şaxtyor"a dəyişib.
Əlavə edək ki, "Şaxtyor"un Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi İtaliyanın "Roma" klubudur.
saytlarin hazirlanmasi