Bu gün əvəzedici komandaların Azərbaycan çempionatında mövsümün ikinci yarısına start verilib.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Qəbələ"ni qəbul edib. Bu görüşdə Ağdam klubu liderə 5:3 hesabı ilə qalib gəlib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfində əvəzedici heyətə göndərilən Ağabala Ramazanov və Ramil Şeydayev "qırmızı-qaralar"la matçda fərqləniblər. Ramazanov 2, Şeydayev isə 1 dəfə rəqibi məyus edib. "Qəbələ"nin də heyətində millimizin üzvü olan Elvin Məmmədov dubla imza atıb.
Günün digər matçında “Zirə” “Sumqayıt”ı qəbul edib. Bu göürşdə qalib müəyyənləşməyib - 1:1.
Əvəzedicilərin çempionatı, 15-ci tur
11 fevral
"Zirə" – "Sumqayıt" 1:1
Qollar: Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82.
“Qarabağ” – “Qəbələ” – 5:3
Qollar: Ramil Şeydayev, 21; Ağabala Ramazanov, 34, 45; Salman Cəfərov, 47; Famil Camalov, 61 // Kamran Quliyev, 38; Elvin Məmmədov, 85, 87
saytlarin hazirlanmasi