Topaz Premyer Liqasının XV turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb.
Özünün 736-cı matçında sülhlə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadır. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.
Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu 0:0 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi