Braziliya çempionatı çərçivəsində baş tutan "Vitoria" - "Bahia" oyununda futbolçular arasında kütləvi dava düşüb.
Sportal.az xəbər verir ki, oyunun 50-ci dəqiqəsində "Bahia"nın vurduğu qol qalmaqalın yaşanmasına səbəb olub. Qoldan dərhal sonra hər iki komandanın oyunçuları kəllə-kəlləyə gəlib.
Belə ki, "Bahia"nın ulduzlarından sayılan Vinisius Barbosanın vurduğu qoldan sonra çılğın şəkildə sevinməsi "Vitoria"nın futbolçularını əsəbiləşdirib. Oyunçular arasında münaqişənin böyüməsinin ardından matçın baş hakimi "Vitoria"nın 3, "Bahia"nın 4 futbolçusuna qırmızı vərəqə göstərib. Oyunun davamında "Vitoria"nın daha iki futbolçusu qırmızı vərəqə alıb və qaydalara əsasən, matç təxirə salınıb.
Qeyd edək ki, Braziliyada tez-tez belə hadisələr yaşanır.
saytlarin hazirlanmasi