"Qarabağ"ın 17 yaşlı futbolçusu "Fənərbaxça"da

13:47 - 20 Fevral 2018

"Qarabağ” və Azərbaycan U-19 millisinin üzvü Turan Vəlizadə karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Bildirilir ki, azərbaycanlı 17 yaşlı oyunçu "Fənərbaxça" klubunun aşağı yaş qruplarına cəlb edilib. 

 

Xatırladaq ki, “Əlincə”nin yetirməsi olan Turan 2015-2016-cı illər aralığında “Fənərbaxça”da çıxış edib. 

Xəbər xətti