Topaz Premyer Liqasının 17-ci turunda keçirilən "Qarabağ" - "Kəpəz" matçında da Xocalı faciəsi yad edilib.
Sportal.az xəbər verir ki, "Azersun Arena"da baş tutan qarşılaşma bir dəqiqəlik sükutla başlayıb. Həmçinin, Ağdam təmsilçisi bu görüşə qara sarğı ilə çıxıb.
Qeyd edək ki, görüşdə birinci hissə başa çatıb və hesab açılmayıb.