"Qarabağ"ın qolunun müəllifi dəyişdi

13:20 - 26 Fevral 2018

Topaz Premyer Liqasının 17-ci turunun “Qarabağ” – “Kəpəz” matçının (1:0) protokolunda dəyişiklik edilib. 

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, oyunun baş hakimi Orxan Məmmədovun raportuna əsasən “Qarabağ”ın qolu Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb.

 

Qeyd edək ki, Dani Kintananın qapı önünə ötürməsindən sonra topa məhz Mahir toxunsa da, matçdan sonra protokolda qolun Almeyda tərəfindən vurulduğu qeyd olunmuşdu.

Xəbər xətti