“Qarabağ” qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmadı.
Sportal.az xəbər verir ki, hər zaman xüsusi məqamlara diqqətlə yanaşan vitse-prezident Tahir Gözəl Xocalı faciəsinin il dönümüylə bağlı bu gün komandayla görüşüb.
Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.
saytlarin hazirlanmasi