Avrokubokda format dəyişikliyi ikinci dərəcəli futbol ölkələrinin klubları üçün vəziyyəti kritikləşdirib.
Sportal.az xəbər verir ki, bunu İspaniya mətbuatı gələn mövsümün dəyərləndirməsi zamanı yazıb. Bildirilir ki, həm Çempionlar Liqasında (ÇL), həm də Avropa Liqasında (AL) baş verən dəyişiklik “böyük beşlik” ölkələrindəki komandaların ürəyincə olub. Həmkarlarımızın fikrincə, bu mövsüm ÇL-in qrup mərhələsində “Atletiko”nun qəniminə çevrilən “Qarabağ”ın eyni uğuru təkrarlaması artıq mümkünsüzə bərabərdi: “Reytinqi aşağı olan ölkələrin komandalarına az yer ayrılıb və üstəlik, onlar artıq 4 mərhələ keçməli olacaqlar. Nəinki Çempionlar Liqası, hətta Avropa Liqasında da qrupa düşmək bu klublara baha başa gələcək. Məsələn, cari mövsümdəki fəallığı davam etdirmək baxımından həyat “Qarabağ” üçün artıq daha çətin olacaq”.
Qeyd edək ki, yeni formata əsasən, Azərbaycan çempionu Çempionlar Liqasında qrupa qədər irəliləmək üçün 4 rəqibi mübarizədən kənarlaşdırmalı olacaq.
saytlarin hazirlanmasi