Cənubi Afrika millisinin sabiq futbolçusu Stiven Pinar karyerasını bitirib.
Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə məlumatı sosial şəbəkədəki şəxsi hesabında yayımladığı videoda verib.
Pinar karyerası ərzində "Ayaks", "Borussiya" Dortmund, "Everton", "Tottenhem" və "Sanderlend" kimi klublarda çıxış edib.
Pinar CAR millisində 62 oyuna 3 qol vurub, 5 qol ötürməsi verib.
saytlarin hazirlanmasi