Kolumbiya millisinin üzvü Cekson Martines Çinin “Quançjou Everqrand” klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı forvard azad agent statusuna yiyələnib.
2016-cı ilin fevral ayında 42 milyon avro qarşılığında Madrid “Atletiko”sundan Çin təmsilçisinə keçən Martines cəmi 16 oyun keçirib. İllik gəliri 12,5 milyon avro olan hücumçu bu qarşılaşmalarda 4 qol və 2 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi