Qazaxıstan yığmasına yeni baş məşqçi müəyyənləşib.
Sportal.az xəbər verir ki, millinin baş məşqçi postu Stanimir Stoylova həvalə edilib. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Bolqarıstanlı məşqçi bu postda yanvarın 22-də istefa vermiş Aleksandr Borodyuku əvəzləyib.
Xatırladaq ki, Stoylov 2014-cü ildən Qazaxıstanda çalışır. O, bu ölkənin son illərdəki ən uğurlu klubu hesab olunan “Astana”nın baş məşqçisi idi. Bolqar mütəxəssis məşqçilik karyerası dövründə daha öncə ölkəsinin “Levski”, “Liteks”, “Botev”, eləcə də Kiprin “Anortosis” klubunu çalışdırıb. Stoylov 2007-ci ildə, həmçinin 2009-2010 illər aralığında Bolqarıstan yığmasında da işləyib.
saytlarin hazirlanmasi