DÇ-2018-in pley-off mərhələsində İtaliyanı məğlub edərək mundiala qatılmaq haqqı qazanan İsveç yığmasında Zlatan İbrahimoviç sürprizi yaşana bilər.
Sportal.az xəbər verir ki, AÇ-2016-dan sonra yığma karyerasına nöqtə qoyan Zlatan milliyə dönə biləcəyilə bağlı siqnal verib. 36 yaşlı futbolçu bu barədə İsveç mətbuatına verdiyi açıqlamada söyləyib: "Milli komanda üçün darıxmışam. Əgər istəsəm, milliyə dönə bilərəm. Yaxşı performans sərgiləyəcəyimi düşünürəm".
İsveç millisində 116 oyun keçirən İbrahimoviç 116 oyuna 62 qol vurub. İbrahimoviç yığma karyerasındakı ilk qolunu 2001-ci ildə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana vurub.
saytlarin hazirlanmasi