“Hər iki komandanın futbolçularını təbrik edirəm. Sona qədər mübarizə apardılar”.
Sportal.az sayının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Topaz Premyer Liqasının XVIII turunda səfərdə “Sumqayıt”ın qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim. Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdı. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq”.
- Yarımmüdafiənin cinahında Danini yox, Donald Qeryeni oynatdınız. Geryedən gizli silah kimi istifadə etməyə çalışırdınız?
- Bəli, planımızda var idi. Dani topla daha çox rəftar edir, Gerye isə əksinə. Ona görə də Danini ehtiyatda saxlayıb, Geryedən gizli silah kimi istifadə etməyə çalışdıq.
- Sanki futbolçularınızda arxayınlıq var. Bu fikirlə razısınız?
- Belə düşünmürəm. Futbolçularım bilir ki, hər bir komandaya qarş oynamaq çətindi. Çempionatda hər bir oyuna son matç kimi hazırlaşırıq. Biz nə qədər belə olmadığını desək də, ola bilər, bir qədər boşluq var. Əgər belə həvəssizlik varsa, bunu aradan qaldırmağa çalışacağıq.
saytlarin hazirlanmasi