"Mançester Yunayted" müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın futbolçusu Rafael Varana "elçi düşüb". İngiltərə klubunun baş məşqçisi Joze Mourinyo "kral klubu"nu çalışdırdığı dövrdən tanıdığı müdafiəçini komandasında görmək istəyir.
Xarici KİV-in yazdığına görə "Mançester Yunayted" 24 yaşlı fransız futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Varan "Real"a 2010-cu ildə Fransanın "Lans" klubundan 10 milyon avroya transfer olub. Oniun la Liqa təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi var.
saytlarin hazirlanmasi