Yunanıstanda növbəti qalmaqal: prezident meydana tapança ilə daxil oldu - VİDEO

10:37 - 12 Mart 2018

Yunanıstan Super Liqasında növbəti qalmaqal baş verib.

 

Sportal.az xəbər verir ki, çempionatın 25-ci turunda keçirilən PAOK - AEK matçı ixtişaş yaşanıb. Qarşılaşmanın baş hakimi 90-cı dəqiqədə meydan sahiblərinin vurduğu qeydə almadığı üçün meydan sahiblərinin prezidenti İvan Savvidi meydana daxil olub. Onun ardıyca meydana azarkeşlər də daxil olub. Klub prezidentinin üzərində tapança da olub.

 

Baş hakim isə oyunu yarımçıq başa vurub. 

 

 

 

Xəbər xətti