Çin Super Liqasında "Şanxay SİPG"də çıxış edən braziliyalı yarımmüdafiəçi Oskar açıqlama verib.
Sportal.az xəbər verir ki, gözlərdən uzaq qalan oyunçunun Braziliya millisinin heyətində dünya çempionatında iştirak etməyəcəyi gözlənilir. Ulduz futbolçu açıqlamasında mundialı deyil, pulu düşündüyünü açıq şəkildə dilə gətirib:
"Dünya çempionatına gedib-getməməyim məni maraqlandırmır. Çinə gəldiyim üçün tez-tez tənqid olunuram. Ancaq ailəmi və gələcəyimi düşünmək məcburiyyətindəyəm. Yaşlananda kasıb və dünya çempionatında oynamış insan olmaq istəmirəm".
Qeyd edək ki, 26 yaşlı futbolçu 2016/17 mövsümünün qış fasiləsində 60 milyon avro qarşılığında "Çelsi"dən "Şanxay SİPG"ə keçmişdi. Oskar 2011-ci ildən Braziliya millisində çıxış edir.
saytlarin hazirlanmasi