Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutskinin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Hollandiyada çalışacaq. Erediviziyada çıxış edən “Vitess” klubu rusiyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalayıb. Slutski “Vitess”də mövsümün sonunda komandanı tərk edəcək Henk Freyzeri əvəzləyəcək.
Qeyd edək ki, “Vitess” 27 turdan sonra Erediviziyada 6-cı pillədə qərarlaşıb.
“Olimpiya”, “Uralan”, "Moskva", “Krılya Sovetov”, ÇSKA və Rusiya millisində çalışmış Slutskinin son iş yeri İngiltərənin “Hall Siti” klubu olub.
saytlarin hazirlanmasi