21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq İrlandiya yığmasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Noel Kinq millimizlə oyun üçün 23 futbolçuya dəvət göndərib:
Qapıçılar: Kiran Ohara (“Mançester Yunayted”), Liam Bossin (“Nottingem Forest”), Kaoimayn Kelleher (“Liverpul”);
Müdafiəçilər: Denni Keyn (“Kork Siti”), Rayan Suini (“Bristol”), Şon Donnellan, Kori Uelan (hər ikisi “Yeovil”), Liam Kinsella (“Uolsoll”), Rayan Delani (“Roçdeyl”), Ceyms Dann (“Akkrinqton”);
Yarımmüdafiəçilər: Coş Kallen, Deklan Rays (hər ikisi “Vest Hem”), Harri Çersli (“Bolton”), Rori Heyl (“Derri Siti”), Konnor Dimeyo (klubsuz), Ceyk Doyl-Heyz (“Aston Villa”);
Hücumçular: Ris Qreqo-Koks (“Uokinq”), Rayan Manninq (KPR), Ronan Kertis (“Derri Siti”), Co Kuiqli (“Borem Vud”), Ceyk Malrani (“İnverness”), Olamide Şodipo (“Kolçester”), Ronan Heyl (“Derri Siti”).
Qeyd edək ki, martın 22-də İslandiya ilə yoxlama oyunu keçirəcək İrlandiya millisi ayın 27-də yığmamızla qarşılaşacaq.
saytlarin hazirlanmasi