Martın 23-də Azərbaycan milli komandası ilə yoxlama oyununda üz-üzə gələcək Belarus yığmasının heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Kiprin APOEL klubunun müdafiəçisi Denis Polyakov Bakıya gəlməyəcək. Zədə alan bu futbolçu heyətdən çıxarılıb. Onun yerinə təlim-məşq toplanışına Brest “Dinamo”sundan Aleksey Qavriloviç çağırılıb.
Xatırladaq ki, Belarus Azərbaycanla yanaşı, Sloveniya yığmaısyla da yoldaşlıq görüşünü səfərdə keçirəcək. Millimizlə oyun martın 23-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi