Angelovski: "Azərbaycanla matç hamımızın qalib gəlmək istədiyi oyundu"

12:50 - 25 Mart 2018

Finlandiya ilə yoldaşlıq oyununda qolsuz bərabərə qalan Makedoniya millisinin baş məşqçisi İqor Angelovski matçla bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında Azərbaycanla oyun barədə də danışıb. Angelovski millimizlə oyunda qələbəni hədəflədiklərini deyib:

 

“Cəhd etdik. Hətta Ariyan Ademi ilə qola çox yaxın olduq. Ancaq ümumi oyuna nəzər saldıqda, məncə, bərabərlik ədalətli nəticə oldu. Uşaqların oyunundan razı qaldım, indi yalnız Azərbaycanla oyun barədə düşünürəm. Hansı formada olmalarından asılı olmayraq, bütün oyunçulara şans verməyə çalışdım. Ümid edirəm, növbəti toplanışlarda daha hazırlıqlı olacağıq. Bardi, Velkovski və digər oyunçular yaxşı oynadılar. Azərbaycana qarşı daha yaxşı oynamağa çalışacağıq. Hamımızın qalib gəlmək istədiyi oyundu”.

 

Makedoniya - Azərbaycan oyunu martın 27-də Bakı vaxtı ilə saat 20:00-da, Türkiyənin Antalya şəhərində keçiriləcək.

Xəbər xətti