25 yaşlı xorvatiyalı futbolçu Bruno Boban matç zamanı sinəsindən aldığı zərbə nəticəsində gözlərini əbədi olaraq yumub.
Sportal.az xəbər verir ki, bu barədə Xorvatiya III liqa təmsilçisi "Marsoniya" klubunun "facebook" səhifəsi məlumat yayıb.
Məlumata görə, hadisə "Marsoniya" və "Slavoniya" komandaları arasında qarşılaşmanın 15-ci dəqiqəsində baş verib. Zərərəçəkənə tibbi yardım göstərmək üçün meydançaya həkimlər gəliblər. Lakin onlar futbolçunun həyatını xilas edə bilməyiblər.
Oyunçunun ölüm səbəbi hələ məlum deyil.
saytlarin hazirlanmasi