Aquero "Mançester Siti"dən ayrılacağı tarixi və yeni klubunu açıqladı

12:34 - 26 Mart 2018

Argentina millisinin və "Mançester Siti"nin hücumçusu Serxio Aquero gələcək karyerası haqda danışıb.

 

Sportal.az xəbər verir ki, Aquero müqaviləsi başa çatdıqdan sonra "şəhərlilər"dən ayrılacağını və vətəninə qayıdacağını bəyan edib:

 

"Mançester Siti"də müqavilə bitənə kimi - 2020-ci ilə qədər oynayacam. Daha sonra isə Argentinaya dönəcəm və "İndependiente" üçün çıxış edəcəm".

 

Milli komanda ilə bağlı danışan 29 yaşlı forvard bunları qeyd edib:

 

"Yığma komandada özümü borclu hiss edirəm. Bunu ödəməyin tək yolu dünya çempionatını qazanmaqdır".

 

Qeyd edək ki, Aquero 2003/2006-cı illərdə "İndependiente"də oynayıb. Forvard daha sonra Madrid "Atletiko"su və "Mançester Siti"yə keçib. Argentinalı futbolç bu mövsüm 37 oyuna 30 qol vurub və 7 assist edib.

Xəbər xətti