Meydana silahla daxil olan prezidentə ağır cəza

15:45 - 29 Mart 2018

Yunanıstan Super Liqasının AEK-lə ev oyununda hakimin qərarına etiraz olaraq meydana silahla daxil olan PAOK-un prezidenti İvan Savvidisə sərt cəza verilib.

 

Sportal.az xəbər verir ki, federasiya klub prezidentini 3 il müddətə futboldan uzaqlaşdırılıb. O, bu müddət ərzində futbol oyunlarına gələ bilməz.

 

Qeyd edək ki, Super Liqada 25-ci tur çərçivəsində keçirilən PAOK - AEK matçının sonlarında baş verən olaylar və meydan sahiblərinin prezidenti İvan Savvidisin meydana silahla daxil olmasına görə ölkədə çempionat təxirə salınmışdı.

Xəbər xətti