"Yeni sistem üzərində çalışırıq. Düzü, qarışıqlıq yaranan anlar olur. Ancaq bu, özünü yaxşı mənada biruzə verir və futbolçular tələblərini yerinə yetirməyə çalışırlar. Yoldaşlıq görüşlərində meydanda əsl komanda gördük. Heç kim məğlub olmaq istəmir, uşaqlar sona qədər döyüşürlər".
Sportal.az xəbər verir ki, bu sözləri Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko deyib. 54 yaşlı mütəxəssis komandasının Azərbaycan (1:0) və Sloveniya (2:0) ilə keçirilən yoldaşlıq görüşlərini dəyərləndirib. O, komandasının oyunundan razı qaldığını söyləyib: "İlk görüşümüzü Sloveniyaya qarşı keçirdik. Bu oyun bizim nəzarətimizdə keçdi. Düzdü, futbolda top səndə də, rəqibdə də ola bilər. Futbolçularımız nəzarəti əldən verməməyə çalışdılar. Bundan razıyam".
Baş məşqçi komandasının hər iki görüşdə qol buraxmamasını belə şərh edib: "Hər iki qarşılaşmada qol buraxmamağımız müsbət haldı. Müdafiəçilərimiz hər iki görüşə yaxşı təsir bağışladılar, səhvlərə yol vermədilər. Rəqib komandanın şansları ourdu, bunların qarşısını asanlıqla alırdıq. Bu oyunlarda top, demək olar ki, qapıçımıza gəlmirdi".
saytlarin hazirlanmasi