"Mançester Yunayted"dən ayrılaraq MLS təmsilçisi "Los-Anceles Qalaksi" klubuyla müqavilə bağlayan Zlatan İbrahimoviç açıqlama verib.
Sportal.az xəbər verir ki, isveçli forvard özünü hələ gənc hiss edir:
"PSJ-dən ayrıldıqdan sonra bura gəlməli idim, ancaq özümü hələ gənc hiss edirəm. Yaşıma görə narahat olmayın. Özümü Benjamin Batton kimi hiss edirəm. Dünyaya yaşlı gəlmişəm, gənc öləcəm".
36 yaşlı forvard İngiltərəni 3 aya fəth etdiyini söyləyib:
"İngiltərəyə transfer olanda ancaq yaşımı müzakirə edirdilər. Lakin mən İngiltərəni 3 ay ərzində fəth etdim".
Zlatan futbol oynamağa ac olduğunu vurğulayıb:
"Aslan futbol üçün acdır. qazanmadığım zaman hiss edirəm ki, uğursuzluqdur. ABŞ-a qazanmaq üçün gəlmişəm və buna əminəm. Ot örtüyün qoxlamaq və topa toxunmaq istəyirəm. Bunu heç bir şey dəyişməyəcək".
saytlarin hazirlanmasi