Rəqibimizin baş məqşçisi qovuldu

14:43 - 3 Aprel 2018

Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının rəhbərliyi qərar qəbul edib. İstefaya milli komandanın bir neçə gün öncə Cəbəllütariq yığmasına 0:1 hesablı məğlubiyyəti səbəb göstərilir.

 

2011-12-ci illərdə “Bakı”nın baş məşqçisi olmuş Starkov 2017-ci ildən Latviya yığmasının “sükanı arxasında” idi. O, ölkəsinin millisinin 2001-2004 və 2007-13-ci illər aralığında da çalışdırıb.

 

Qeyd edək ki, Latviya yığması iyunun 9-da doğma meydanda Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək.

Xəbər xətti