"Liverpul"un sabiq futbolçusuna heykəl qoyuldu

19:23 - 4 Aprel 2018

“Liverpul”un və Norveç millisinin keçmiş müdafiəçisi Yorn Arne Riiseyə vətənində heykəl qoyulub.

 

Sportal.az xəbər verir ki, Riisenin vaxtilə şərəfini qoruduğu “Olesun” klubu stadionunun önündə sabiq müdafiəçinin heykəli ucaldılıb.

 

Qeyd edək ki, Yorn futbolçu karyerası ərzində “Liverpul”, “Roma”, “Monako”, “Fulhem”, APOEL kimi komandalarda top qovub.

 

Xəbər xətti