"Qəbələ"nin sabiq futbolçusu baş məşqçini təhqir etdi VİDEO

12:12 - 16 Aprel 2018

"Reyncers" klubunun şərəfini qoruyan "Qəbələ"nin sabiq futbolçusu Endi Hallidey Şotlandiyada qalmaqala səbəb olub.  

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ölkə kubokunun yarımfinalında "Seltik"lə görüşün 40-cı dəqiqəsində əvəzlənməsinə sərt şəkildə etiraz edib. O, 0:2 hesabıyla uduzarkən əvəzlənməsinə kəskin şəkildə etiraz edib və baş məşqçi Qrem Mertinin üzərinə şığıyaraq, təhqiramiz ifadələr işlədib.

 

Hallideyi komanda yoldaşı Bruno Alveş sakitləşdirib.

 

Qeyd edək ki, 27 yaşlı oyunçu mövsümün ilk yarısında "Qəbələ"də icarə əsasında çıxış edib. 

 

 

 

Xəbər xətti