Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku-2018 turnirinin iştirakçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, yayda keçiriləcək yarışda 17 komanda çıxış edəcək. İngiltərənin “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti” və “Tottenhem”, İtaliyanın “Yuventus”, “Roma”, “Milan” və “İnter”, İspaniyanın “Real”, “Barselona” və “Sevilya”, Almaniyanın “Bavariya”, “Borussiya” Dortmund, Fransanın PSJ və Portuqaliya “Benfika” klubları turnirə qatılacaqlar.
Qeyd edək ki, 2013-cü ildən təşkil edilən turniri ötən il “Barselona” qazanıb.
saytlarin hazirlanmasi