Polşada Həvəskarlar Liqası çərçivəsində keçirilən "LKS Çexov" - “Piast” (Lutinia) matçında xoşagəlməz hadisə yaşanıb.
Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində, hesab 2:2 olan zaman iki komandanın futbolçuları arasında mübahisə yaşanıb.
Bundan sonra qonaq komandanın azarkeşləri meydançaya daxil olaraq, meydan sahiblərinin futbolçularına hücum edib. Hadisə nəticəsində "LKS Çexov"un bir futbolçusu boğazından bıçaq yarası alıb. Xoşbəxtlikdən oyunçunun aldığı yaralar ciddi olmayıb.
Qonaq komanda matçdan sonra bu hadisəyə görə təəssüf etdiklərini, futbolda bu cür olayları pislədiklərini açıqlayıblar.
saytlarin hazirlanmasi