Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Uesli Sneyder milli komanda karyerasını başa vurmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu sentyabr ayında Hollandiya millisinin heyətində son oyuna çıxacaq. "Narıncılar" 6 sentyabr tarixində Peru millisi ilə Sneyderə vida oyunu təşkil edəcək.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2003-cü ildən Hollandiya millisinin şərəfini qoruyur. O, millinin heyətində meydana çıxdığı 133 qarşılaşmada 31 qol vurub.
saytlarin hazirlanmasi