Qış fasiləsində "Fənərbaxça"dan "Feyenoord"a transfer olan Robin van Persi gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, "karyeranı sonlandırmağı düşünürsənmi" sualını cavablandıran 34 yaşlı hücumçu bunları deyib: "Gələn həftələrdə son qərarımı açıqlayacam. 5-6 il də futbol oynamaq istəyərəm, amma asan deyil. Oynamağa davam etmək istəyirəm, ancaq bu hal yaşımla əlaqəlidir. Bəzən bədən dayanır. Zədədən geri dönüşlər uzun çəkir".
Qeyd edək ki, "Feyenoord" ilə 2019-cu ilədək müqaviləsi olan Van Persi Rotterdam klubunda 12 oyunda 6 qol vurub.
saytlarin hazirlanmasi