Stanimir Stoilov: "Heç kim zəmanət verə bilməz ki, Azərbaycana qalib gələcəyik"

11:47 - 26 Aprel 2018

"Vəziyyəti düzgün qiymətləndirmək, oyunçuları təhlil etmək və doğru taktikanı seçmək üçün vaxt lazımdır. Müsbət nəticə dərhal ola da bilər, olmaya da"

 

Sportal.az xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib. Bolqarıstanlı mütəxəssis Qazaxıstan mətbuatına açıqlamasında millimizə qarşı keçirəcəkləri yoxlama görüşündən danışıb:

 

"Heç kim zəmanət verə bilməz ki, Azərbaycanla oyunda qələbə qazanacağıq. Bu görüşdə fəal hərəkət etməli və aqressiv şəkildə oyunumuza yeni şeylər qatmalıyıq. Yeni taktiki gedişlər axtarırıq. Azərbaycanla oyuna hələ bir aydan çox vaxt var. Çempionat oyunlarına baxmağa, düşünməyə davam edəcəyik. Əgər özünü yaxşı tərəfdən göstərən olsa, 1-2 gənc futbolçu çağırıb, oynatmaq istəyərəm”.

 

Qeyd edək ki, Qazaxıstan millisi iyunun 5-də Astanada yığma komandamızla yoldaşlıq görüşü keçirəcək.

Xəbər xətti