32 il sonra çempion oldular VİDEO

10:31 - 30 Aprel 2018

İsveçrə Super Liqasında 2017/18 mövsümünün qalibinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Yanq Boyz" çempionatın XXXII turunda doğma meydanında "Lüzern"i 2:1 hesabı ilə məğlub edib və çempionluğu rəsmiləşdirib. "Yanq Boyz" 32 ildən sonra çempion olmağı bacarıb. Komanda son olaraq 1985/86 mövsümündə zəfərə nail olmağı bacarmışdı.

 

Qeyd edək ki, bu, 120 illik tarixə malik olan Bern təmsilçisinin 11-ci çempionluğudu. "Yanq Boyz" həmçinin ardıcıl 8 il çempion olan "Bazel"in hegemonluğuna son qoymuş olub. 

 

 

 

Xəbər xətti