Çin Futbol Federasiyası maraqlı addım atıb.
Sportal.az xəbər verir ki, qurum Çin Super Liqasının oyunlarını idarə etmək üçün DÇ-2018-ə təyinat alan hakimlərdən bir neçəsinə təklif göndərəcək. Çinlilərin siyahısında türkiyəli FIFA referisi Cüneyt Çakırın da adı var. Türkiyə mətbuatının məlumatına görə, federasiya Çakıra külli miqdarda pul təklif edib. Əgər referi bu təklifi qəbul etsə, Çinə yollanacaq və Türkiyə çempionatında fit çalmayacaq.
Qeyd edək ki, Çin futboluna son zamanlar məşhur futbolçular və məşqçilər axışır.
saytlarin hazirlanmasi