AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
Topaz Premyer Liqasının 25-ci turunun “Qəbələ” - “Kəpəz” matçında “Kəpəz”in azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödənilsin.
Topaz Premyer Liqasının 25-ci turunun “Sumqayıt” - “Səbail” matçının ikinci hissəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.
Əvəzedici heyətlərin 25-ci turunun “Qəbələ” - “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Vüqar Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
saytlarin hazirlanmasi