FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun məlum olub.
Sportal.az xəbər verir ki, o, B qrupunda baş tutacaq Portuqaliya - Norveç matçında iş başında olacaq. Bu matçın baş hakimi hollandiyalı Dennis Hiler olacaq. Digər yan xətt hakimi isə Farer adalarını təmsil edən Dan Petur Pauli Hoyqard olacaq. 4-cü hakim funksiyasını isə şimali irlandiyalı Keit Kennedi yerinə yetirəcək.
Oyun mayın 4-də baş tutacaq və bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Matç "Uolsoll" klubunun stadionunda keçiriləcək.
Qeyd edək ki, İngiltərədə keçirilən Avropa çempionatı mayın 4-dən 20-dək İngiltərədə keçiriləcək.
saytlarin hazirlanmasi